-
- 21-08-2019, 12:15
- 2 116
Hərbi pilot Rəşad Atakişiyev Azərbaycan Himninin sədaları altında DƏFN EDİLDİ - YENİLƏNİB- FOTO - VİDEO
Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
News24.az xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda Azərbaycan Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimi zamanı havaya yaylım atəşi açılıb.
Rəşad Atakişiyevin qayınatası politoloq Qabil Hüseynli dəfn mərasimində çıxış edərək "Torpaq, əgər uğrunda ölən varsa vətəndir. Biz, Rəşadı vətən torpağı uğurunda şəhid verdik. Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi" deyib.
Q.Hüseynli qəzanın sirlərinin "qara qutu" oxunduqdan sonra açılacağını vurğulayıb: "İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq.
Rəşadın qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. "Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq".
Daha sonra isə R.Atakişiyevin nəşinin üzərinə örtülmüş Azərbaycan Respublikasının dövlət bayrağı Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin əməkdaşı Ramiz Tahirov tərəfindən mərhumun həyat yoldaşı Könül Hüseynovaya təqdim edilib.
Mərasim başa çatıb.
Allah rəhmət eləsin!