Həbsdə olan tiktoker azadlığa buraxıldı

Həbsdə olan tiktoker azadlığa buraxıldı Gündəm

Polis tərəfindən saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimov azadlığa buraxılıb.

News24.az xəbər verir ki, bu barədə apa.az-a vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə vəsatət verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilib və tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, tiktoker Vüqar Kərimov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.