Atasını çəkiclə döyüb öldürdü Tovuzda QANDONDURAN qətl
    • 21-08-2019, 22:27
    • 978

Atasını çəkiclə döyüb öldürdü Tovuzda QANDONDURAN qətl

Tovuzda oğul atasını qətlə yetirib.
News24.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib.
Məlumata görə, cinayəti törədən şəxsin psixi problemləri olub. İnsident pensiya kartı üstündə yaranıb. Məsimov Müzəffərin pensiya kartı oğlunda olub və o, övladından pulu və kartı istəyib. Məsimov Rasim isə 85 yaşlı atasının istəyini geri çevirib və tərəflər arasında mübahisə yaranıb. Nəticədə 50 yaşlı Rasim çəkiclə atasının başına 4 dəfə zərbə endirib. M.Məsimov aldığı zərbələrdən keçinib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.