Gündüzlər mərkəzi yollarda işıqlar söndürülmür Səbəbi
    • 21-08-2019, 22:47
    • 711

Gündüzlər mərkəzi yollarda işıqlar söndürülmür Səbəbi "Azərişıq" açıqladı

Son zamanlar gecə vaxtı bəzi küçələrin işıqlandırılması və mərkəzi yolları işıqlandıran dayaqlarda lampaların gündüzlər söndürülməməsi ilə bağlı məsələyə "Azərişıq" ASC münasibət bildirib.
News24.az xəbər verir ki, "Azərişıq" ASC-dən verilən məlumata görə, qurumun əsas missiyası istehlakçıları dayanıqlı, keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təchiz etməkdir.
Küçələrin işıqlandırılması Səhmdar Cəmiyyətin səlahiyyətində deyil: "Küçə işıqlandırılması İdarəsinin elektrik enerjisinə olan tələbatı tam ödənilir".