-
- 6-01-2020, 14:06
- 906
Bayram günləri “Azərişıq”a 1300-ə yaxın müraciət DAXİL OLUB
“Bayram günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdə olduğu kimidir”.
Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalib: “İstehlakcıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günlərində “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.
Xatırladaq ki, bayram günləri ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində çalışıb. /Apa/