Təcridxanada məhbusun ciyəri qanadı, vəfat etdi
Hadisə
Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.
News24.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Vədət Vaqif oğlu Sadıqov təcridxanada dünyasını dəyişib.
İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.
Məlumata görə, o, məhkəmənin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum edilibmiş. (Teleqraf.az)