-
- 22-08-2019, 15:04
- 2 268
Bu il məktəb bazarlığı neçəyə başa gəlir? YARMARKADAN REPORTAJ - FOTO - VİDEO
Artıq 2019-2020-ci tədris ilinin başlanmasına az vaxt qalıb. Valideynlər və şagirdlər, hətta piştaxta arxasında oturan satıcılar belə məktəb mövsümünə hazırlaşır... Həmişəki kimi, bu il də valideynlər məktəb ləvazimatlarının qiymətləri ilə bağlı narahatlıq keçirirlər.
Əlbəttə ki, əhalinin böyük əksəriyyəti həm keyfiyyətli, həm də ucuz qiymətə məhsul əldə etmək istəyir. Bu il məktəbli geyimləri və digər dərs vəsaitləri demək olar ki, şəhərin əksər mağazalarında satışadadır. Əhalinin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək məqsədilə topdan və pərakəndə satış yarmarkaları hər il təşkil edilir.
Bu il də belə yarmarkalar Bakı Metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında quraşdırılıb.
Ucuz qiymət, aşağı keyfiyyət...
News24.az olaraq biz də çəkiliş qrupumuzla “Nərimanov”dakı təhsil yarmarkasına yollandıq.
Yarmarkaya çatar-çatmaz iki qadının söhbətinə qulaq şahidi olduq. Şəhər sakini Zümrüd Əliyeva kameraya danışmasa da, şikayətlərini bizimlə paylaşdı: “Şəhərdə qiymətlər “əl yandırır”. Demək olar ki, hər yerə getmişəm, hər şey çox bahadır. Düzdür, malların ucuz qiymətə olanı da var, amma onların da keyfiyyəti çox aşağıdır. Ona görə baha qiymətə olanı almaq məcburiyyətində qalırsan. O zaman da uşağın bütün ehtiyacını ödəyə bilmirsən. Yarmarkada qiymətlər nisbətən yaxşıdır, amma keçən ilə baxanda burda da qiymətlər artıb”.
Müsahibimizdən ayrılıb, yarmarkadakı qiymətlərlərlə maraqlanırıq. Burda müxtəlif qiymətdə, müxtəlif çeşiddə dərs vəsaitlərini görmək olar. Məsələn, rəngli karandaş 1 manat 50 qəpiklə 7 manat civarındadır. Sadə karandaşın bir ədədi isə 18 qəpikdən 50 qəpik arasında dəyişir. Xətkeşlərin qiymətləri də növlərinə görə fərqlidir. Taxta, 30 qəpik, aluminium 1 manat, rezin xətkeş isə 50 qəpikdir. Bir qutu flomasteri keyfiyyətindən asılı olaraq 2- 5 manata almaq mümkündür. Quru yapışqan 50 qəpik, quru yapışqan isə1 manat 50 qəpikdir. 12 vərəqli sadə dəftər 10, 24 vərəqli 40, 48 vərəqli 60, 60 vərəqli dəftər isə 80 qəpiyədir. Dəftər üzü 30, kitab üzü 40 qəpidir. Gündəlik almaq üçün1 manat 60 qəpik ödəmək lazımdır.
Əmək dərsiləri üçün istifadə olunan iynə-sap dəsti 3 manatadır. Məktəbli qayçıları isə 10 qəpikdən 3 manatadək dəyişir. Qələmlərin də qiymətləri çeşidinə uyğun olaraq fərqlənir. Məsələn, pozanlı qələm 60-70 qəpiyədir.
Qovluqların qiyməti də rəngləri kimi müxtəlifdir: 5 manat -10 manat arasında dəyişir. Alıcıları ən çox narazı salan ləvazimatlardan biri də məhz qovluqlardır: “Nazik bir qovluqdur, bu niyə belə bahadır, anlamıram”.
Satıcı söhbətə müdaxilə edərək onun sözünə qüvvət verir: “Bu il mallar bir az baha gəlib. Keçən il malın maya dəyəri 1 manat idi, bu ilsə 1manat 20 qəpikdən almışıq”.
Rəngli kağız 1 -2 manat, 12 vərəqli albom 1 manat 50 qəpik, 24 vərəqli albom 2 manat 50 qəpik, 40 vərəqli albomu isə 3 manat 50 qəpiyədir.
Bir qutu plastilini (6 ədəd) 3 man 50 qəpik, 12 ədədlik plastilin qutusu isə 15 manat 50 qəpiyədir. Plastilin lövhəciklərin kiçiyi 1 manat 50, böyüyü isə 2 manatadır. Sulu boya da 2-3 manat civarındadırr. Qələmyonan 70 qəpikdən 2 manatadək dəyişir. Qələmqablarını isə çeşidlərinə, ölçülərinə görə 1 manat 50 qəpikdən 10 manatadək qiymətə almaq olar.
Qeyd edək ki, valideynləri qiymət sarıdan ən çox narazı salan ləvazimatlardan biri də məktəb çantasıdır. Çantaların qiymətləri arasında çox ciddi fərq müşahidə olunur. Ucuzu 8, bahası isə 75 manatdır. Valideynlərin bəziləri ucuz mal keyfiyyətsiz olduğu üçün bahasını almağa çalışır. Amma bir evdən iki və ya üç uşaq məktəbə yollayan ailə üçün bu, kifayət qədər ciddi məbləğdir.
Övladı 10 -cu sinifdə oxuyan ingilis dili müəlliməsi Mahirə Mirzəyeva isə News24.az-ın əməkdaşı ilə söhbətində rus bölməsi üçün gündəlik tapmağın çətin olduğundan gileyləndi: “Rus bölməsi üçün gündəlik qəhətə çıxıb. Qiymətlər qənaətbəxşdir, düzdür fərq var, amma çox deyil”.
Yarmarkaların yenicə fəaliyyətə başladığını deyən satıcı İlkin Muradlı isə satıcı fəallığından məmnundur: “Əsasən axşam saatlarında alış-verişə gəlirlər. Ən çox dəftər çanta, qələm –karandaş alırlar. Bu il əvvəlki ilə baxanda alıcı dha çoxdur. Qiymətlərdə isə elə də cidi artım yoxdur. Bəzi məhsullatrın qiyməti 3- 5 faiz artıb. Amma imkanı çatmayanlara endirim edirik. Məsələn, 10 manatlıq malı 8 manata qədər endiririk”.
Satıcı yarmarkaların sentyabrın 27-dək davam edəcəyini də əlavə etdi.
Yarmarkadan çıxıb, məktəbli geyimləri ilə bağlı vəziyyəti öyrənmək üçün “Bakı Tikiş Evi” ASC-nin satış mərkəzinə yollanırıq. Yolüstü məktəbli formaları asılan mağazalara da baş çəkdik.
Burda bir neçə valideynlə söhbət zamanı öyrəndik ki, vahid məktəbli forması tətbiq edilsə də, hər kəs öz istəyinə uyğun məktəbli geyimi alır. Valideyn Zülfiyyə İbadova “Bilmirəm ki, uşaq dərsə gedəndə məktəbdən nə istəyəcəklər. Ona görə hələlik heç nə almıram. Görək dərs açılanda məktəbdən hansı geyimi tələb edəcəklər” deyib yalnız ağ köynək almaqla kifayətlənir.
Camaat BTİ-nin paltarlarını bəyənmir...
Digər həmsöhbətimiz - valideyn Sənubər Əliyeva isə 10-cu sinifdə oxuyan qızının və yaşıdlarının əksəriyyətinin BTE-nin geyimlərini bəyənmədiyini deyir: “Demək olar ki, hər kəs mağazaları gəzib öz zövqünə görə göy ətək, ağ köynək alır.”.
Ağ köynəklər parçanın keyfiyyətindən asılı olaraq 20- 60 manat, şalvarlar isə 20-50 manat arasında dəyişir.
Məktəbli qız anaları da köynəkləri keyfiyyətsiz parçadan tikilən15-20 manatlıqlarla daha zövqlü və yaxşı materialdan olan 40-50 manatlıqlar arasında seçim etmək məcburiyyətindədirlər.
Ətəklərin qiyməti isə 30 manatdan başlayır. Firma və xüsusi dükanlardan geyim almaq istyən valideynlərsə, bunun üçün 100-150 manat xərcləməlidirlər.
Ayaqqabıların qiyməti də 30-60 manat arasında fərqlənir.
Mağazadan çıxıb BTE-nin Nəsimi rayonundakı satış mərkəzinə yollanırıq. Mağazada tək-tək alıcı ilə rastlaşırıq.
News24.az-a satıcılar da təsdiqlədilər ki, ötən ilin bu vaxtında alıcılar daha çox idi.
Oğluna məktəbli forması alan Pərvanə İskəndərova bildirir ki, hər dəfə BTE-dən geyim alır: “İki övladım var, biri 6-da, o biri 7-də oxuyur. Bu il də yeni forma almaq üçün gəlmişik. BTE-nin paltarları həm zövqümüzə uyğundur, həm də keyfiyyətcə bizi qane edir. Əvvəllər başqa yerlərdən paltarlar alırdıq, amma baha olduğuna görə razı qalmamışıq. Burda isə qiymətlər çox yaxşıdır”.
P.İskəndərova onu da əlavə edib ki, bu il həm məktəbli geyimi, həm də ləvazimatlarla birlikdə bir uşağa 200 manat pul xərcləyiblər: “İki uşağa 400 manat pul xərclədik. Aldıqlarımın hamısı orta keyffiyyətədir”.
BTE-nin geyimləri bu qiymətlərdə təklif olunur:
Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov isə narazılıqlara səbəb olan məqamlara aydınlıq gətirdi: “Bizim hazırladığımız məktəbli formaları keyfiyyətlidir. Amma işbazlar zirzəmilərdə məktəbli formalarını hazırlayıb bazara çıxarırlar. Müəlliflik hüququmuz olan etiketlərimizi saxtalaşdırırlar. Satdıqlarının üstünə Bakı Tikiş Evinin adını vururlar. Bu da narazılıqlara səbəb olur. Valideynlərə tövsiyə edirik ki, təsadüfi yerlərdən məktəbli formaları almasınlar. Bunun üçün Qaynar xətt yaratmışıq. Geyimlərə ən azı bir il zəmanət verilir. O ki qaldı, daha modern formalara, bəli, biz bunu da düşünmüşük. Gələn ildən yeni dizaynda paltarlar olacaq. 2020-ci il üçün yeni vahid məktəbli formalarının tətbiqi ilə bağlı işçi qrupu yaradılıb. Bizim dizayner, konstruktor, mühəndislərimiz həmin işçi qrupunun tərkibindədir. Onlar öz tələb və təkliflərini deyəndən sonra nümunələr hazırlanıb ictimaiyyətin baxışına veriləcək . Bundan sonra vahid geyimlər təsdiq olunacaq. Burada hər kəsin mövqeyi nəzərə alınacaq. Bilirsiz ki, yuxarı siniflər məktəbli formalarını geyinmirdilər, amma biz də fikirləşirik, elə forma olsun ki, hər kəsin xoşuna gəlsin”.
10 min uşağa pulsuz forma veriləcək ...
E.Əzimov onu da əlavə edib ki, bu il geyimlərin qiyməti 2017-ci ilin qiymətləri ilə eynidir: “Bu il alıcıların sayı hələ ki, azdır. Gözlənilən nəticə əldə olunmayıb, görürsünüz ki, tək-tək gəlirlər. Bizdə həmişə belədir, vaxtında almırlar, axırıncı günə saxlayırlar, onda da bashabas, növbə...”
E.Əzimov BTE-nin bu il üçün də Təhsil Nazirliyindən sifariş aldığını da deyir: “Artıq iki ildir ki, internatlara və sosial vəziyyəti çətin olan ailələrə məktəbli formaları paylanılır. Bu il də 10 minə yaxın istehsal olunan formanın veriləcəyi gözlənilir”.
Afaq Mirayiq
Video/Foto - Fərid Şabanov