-
- 12-09-2018, 19:15
- 962
Məhəbbət Vəliyeva: "Məktəbin valideyn qarşısında forma ilə bağlı tələb qoyması tamamilə qanunsuzdur"
"İstər məktəbli forması, istərsə də məktəb ləvazimatlarının əldə olunması ilə bağlı direktor və ya orada çalışan hansısa işçinin valideyn qarşısında tələb qoyması tamamilə qanunsuz davranışdır".
Bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, İdarəyə bu kimi siqnallar daxil olduqda müvafiq addımlar atılır: "Heç bir məktəb rəhbərliyinin əlində əsas yoxdur ki, valideyni bu və ya digər məktəbli formasını almağa məcbur etsin. Sadəcə olaraq, ümumi yanaşma odur ki, məktəblərin ümumi nizamnaməsinə görə şagirdlər məktəbə formada gəlməlidirlər".
M.Vəliyeva bildirib ki, məktəbli formasını məktəb özü müəyyənləşdirir: "Valideynlərə isə bu formanı sərbəst seçmək imkanı yaradılmalıdır. Valideynlərə müraciət edirik ki, istər məktəbli formasının alınmasında, istərsə də digər məktəb ləvazimatlarının alınmasında valideynlərə qarşı məcburiyyət tətbiq olunursa, onlar bu barədə Təhsil Nazirliyinin "146" saylı "Qaynar xətt"inə, yaxud da İdarəyə müraciət etsinlər".