“Gözəllik kraliçası” ad günündə vəfat etdi

“Gözəllik kraliçası” ad günündə vəfat etdi Maraqlı


Yeni Zelandiyanın “gözəllik kraliçası” kimi tanınan aktrisa Maris Vipani vəfat edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, o, iyunun 6-sı 61 yaşını qeyd edərkən dünyasını dəyişib.

Xatırladaq ki, Maris 2001-ci ildə “Zena: Cəngavərlərin şahzadəsi” teleserialında Kanae, 2007-ci ildə isə “Kobud oyanışlar” serialında Şaron Şort obrazını canlandırıb. Sonuncu dəfə isə 2008-ci ildə “Şortlend küçəsi” serialında “Rebekka Şort”a həyat verib.