Bu şəxslərə aylıq müavinət verilir - MƏBLƏĞ

Bu şəxslərə aylıq müavinət verilir - MƏBLƏĞ İqtisadiyyat


Övladlığa götürülən uşaqlara görə aylıq müavinət verilir.

Metbuat.az-ın məlumatına görə, valideynlərini itirmiş və ya himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, eləcə də 18 yaşınadək əlilliyi olan uşağı övladlığa götürən şəxslərə aylıq müavinət təyin olunur.

Qanuna görə, 2021-ci il yanvarın 1-dən sonra məhkəmə qərarı ilə övladlığa götürülən uşağa görə 200 manat, əlilliyi olan uşağa görə isə 600 manat məbləğində müavinət ödənir.

Müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir.