Velosiped sürərkən avtomobil vurdu
    • 23-08-2019, 00:01
    • 939

Velosiped sürərkən avtomobil vurdu

Sabirabadda yol-nəliyyat hadisəsində 1 nəfər yaralanıb.
News24.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sabirabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb. 
Belə ki, şəhərin A.İsmayılov küçəsi, 10 a ünvanında yaşayan, 1982-ci il təvəllüdlü Cəfərov Azər Mircəlal oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra Şirvan Şəhər Mərkəzi xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.