Zəlzələdən zərər çəkən evlərdə qaz təchizatının təmirinə başlanacaq
    • 23-08-2019, 10:47
    • 731

Zəlzələdən zərər çəkən evlərdə qaz təchizatının təmirinə başlanacaq

Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq. 

«Azəriqaz» İB-dən News24.az-a verilən məlumata görə, bu işin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.