Bakıda 1500-dən artıq yol nişanı YENİLƏNDİ - BNA - FOTO
    • 23-08-2019, 12:08
    • 968

Bakıda 1500-dən artıq yol nişanı YENİLƏNDİ - BNA - FOTO

Paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, agentliyin mütəxəsissləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib.

 Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusəndə ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb