Yaşıl çay deyil, kefir və portağal suyu deyil: - 3 ən faydalı içkinin adı
Gündəm
Tanınmış həkim Aleksandr Myasnikov hesab edir ki, sağlamlıq üçün ən faydalı içkilər sadə və təbiidir.
News24.az xəbər verir ki, bu çay, qəhvə və təmiz sudur.
Yaşıl çay – güclü antioksidant olan katexinlərlə zəngindir, hüceyrələri qoruyur və qocalmanı ləngidir. Doğru dəmləndikdə (təxminən 80°C) xüsusilə faydalıdır.
Qəhvə – ölçülü içildikdə qaraciyəri qoruyur, maddələr mübadiləsini dəstəkləyir və Parkinson xəstəliyinin riskini azaldır.
Təmiz su – orqanizmin əsas ehtiyacıdır, detoksikasiya və maddələr mübadiləsi üçün vacibdir.
Myasnikov xəbərdarlıq edir ki, digər içkilər, o cümlədən “faydalı” hesab edilən bəzi şirələr və içkilər, bəzən orqanizmə zərər verə bilər.
Aqil