Deputat Fazil Mustafanın evində XEYİR İŞ + VİDEO
    • 14-06-2025, 18:59
    • 951

Deputat Fazil Mustafanın evində XEYİR İŞ + VİDEO


Ötən gün ölkənin tanınmış deputatlarından biri Fazil Mustafanın oğlunun toy mərasimi paytaxt restoranlarından birində baş tutub. 

News24.az bildirir ki, tədbir möhtəşəm şəkildə təşkil olunub və çoxsaylı qonaqların iştirakı ilə yadda qalıb.

Toy mərasiminə tanınmış ictimai-siyasi xadimlər, sənət adamları və deputat həmkarları qatılıb. 

Toy zamanı maraqlı və yadda qalan anlar yaşanıb. Musiqili proqram, rəqs nömrələri və müxtəlif sürprizlərlə müşayiət olunan məclis iştirakçılara xoş anlar yaşadıb.

Qeyd edək ki, yeni ailə quran cütlüyə xoşbəxtlik arzulanıb və gənclər sosial şəbəkələrdə də təbrik mesajları ilə qarşılanıblar.

Toydan görüntüləri təqdim edirik: