Biləsuvar sakini  maşın qaçırdı - Polis hərəkətə keçdi
    • 23-08-2019, 15:58
    • 909

Biləsuvar sakini maşın qaçırdı - Polis hərəkətə keçdi

Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 22-də Xətai rayonu ərazisindən “Mercedes” markalı avtomobil qaçırılıb.

Xətai RPİ 35-ci PB və Bakı şəhər DYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini A.İsmayılov saxlanılıb.