“Hyundai” markalı avtomobili oğurlayan yeniyetmə saxlanılıb
    • 13-03-2019, 11:08
    • 940

“Hyundai” markalı avtomobili oğurlayan yeniyetmə saxlanılıb

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN - in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə,müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.