Xaçmazda 15 yaşayış məntəqəsində qaz təchizatı DAYANDIRILDI
    • 24-08-2019, 12:51
    • 691

Xaçmazda 15 yaşayış məntəqəsində qaz təchizatı DAYANDIRILDI

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.