2 nəfər son anda dənizdə batmaqdan xilas olunub
    • 25-08-2019, 10:38
    • 846

2 nəfər son anda dənizdə batmaqdan xilas olunub

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
News24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.