Bakıda oğlan sevdiyi qızın  binasının önündə fişəng atdı - kütləvi dava çıxdı -VİDEO
    • 25-08-2019, 13:09
    • 1 685

Bakıda oğlan sevdiyi qızın binasının önündə fişəng atdı - kütləvi dava çıxdı -VİDEO

Ötən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib.
News24.az xəbər verir ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb.
Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin videonu təqdim edirik./Publika.az/