Yaş mərasimində döşəmə insanların ağırlığına dözməyərək çökdü yaralılar var
    • 25-08-2019, 16:07
    • 666

Yaş mərasimində döşəmə insanların ağırlığına dözməyərək çökdü yaralılar var

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
News24.az xəbər verir ki,  hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
Kənddə yas mərasimi keçirilən iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Ev sahiblərinin sözlərinə görə, cənazəni evdən çıxaranda döşəmə uçub. 20 qadın üst-üstə düşüb. Ev yiyəsi deyir ki, yaxşı ki, cənazə əllərindən düşməyib. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.