Klassik avtomobillərin yürüşü - Hacı Nurana allı-güllü maşın hədiyyə olundu -FOTO-VİDEO
    • 25-08-2019, 22:14
    • 2 761

Klassik avtomobillərin yürüşü - Hacı Nurana allı-güllü maşın hədiyyə olundu -FOTO-VİDEO

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin sərgi və yürüşü baş tutub.

News24.az xəbər verir ki, yürüyüşdə 1980-ci ilədək istehsal olunan müxtəlif markalı 100-dən çox avtomobil iştirak edib.

Tədbirə qatılanlar sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, xalq artisti Aygün Kazımova, əməkdar artistlər Ədalət Şükürov, Coşqun Rəhimov, Rafael İsgəndərov, müğənnilər Nigar Camal, Səbinə Babayeva, Samir Cavadzadə, aparıcı-xeyriyyəçi Hacı Nuran, şairə Zəhra Bədəlbəyli və başqaları qatılıb.
Sərgi zamanı maraqlı anlar da yaşanıb. Federasiya tərəfindən Hacı Nuran üçün hazırlanmış və üzərində "Hacı ürəkdir" yazılan avtomobil ona hədiyyə olunub.

Tədbirdə müxtəlif illərə aid geyimlərdə qatılan sakinlər arasında yarış da keçirilib.

Qaliblər mükafatlara layiq görülüblər.

Foto-Fərid Şabanov