ABŞ Hörmüz boğazı ilə bağlı Çinə çağırış etdi

ABŞ Hörmüz boğazı ilə bağlı Çinə çağırış etdi Dünya


Amerika Birləşmiş Ştatları Çin hakimiyyətini İranı Hörmüz boğazını bağlamamağa inandırmağa çağırır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox News”a bildirib.

"Mən Çin hökumətini bu məsələ ilə bağlı onlara (iranlılara – red.) zəng etməyə çağırıram, çünki onlar özləri də neftin nəqli baxımından Hörmüz boğazından çox asılıdırlar", - dövlət katibi deyib.