Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib
    • 26-08-2019, 15:16
    • 639

Səhiyyə nazirinin müavinləri vətəndaşları qəbul cədvəlinə dəyişiklik edilib

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Zaqatala və Balakən rayon sakinlərini avqustun 30-da deyil, sentyabrın 6-da qəbul edəcək. 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən  News24.az-a verilən məlumata görə, nazir müavini Rahim Əliyev isə Şəki və Qax rayon sakinlərini sentyabr ayının 13-də qəbul edəcək.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir müavinləri tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.