Nazir müavinləri vətəndaşlarla GÖRÜŞƏCƏK
    • 28-08-2019, 18:30
    • 667

Nazir müavinləri vətəndaşlarla GÖRÜŞƏCƏK

Avqust 30-da Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşlarla görüşəcəklər.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini Şəki Mərkəzi Rayon Xəstəxanasında, Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.