-
- 26-08-2019, 18:22
- 1 310
"Qızımı ləkələməyə çalışırlar” – 25 gündür iki uşağıyla itkin düşən gəlinin ATASI DANIŞDI- TƏFƏRRÜAT
Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları, 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
News24.az məsələ ilə bağlı Nərgiz Qasımovanın atası Məqsəd Civişovla əlaqə saxlayıb. O bildirib ki, bütün yaxınları, qohumları ilə əlaqə saxlayıb, amma qızının harda olması ilə bağlı heç bir məlumat əldə edə biməyib: "Qızımın yoldaşı ilə danışdım. Ona dedim ki, 25 gündür sənin ailən evdən çıxıb gedib, niyə maraqlanmırsan? Deyir, polisə demişəm, tapacaqlar. Gedib gəlməsən, maraqlanmasan, uşaqlarını səndən başqa kim tapacaq?”
Nərgizin atası onu da bildirib ki, qızı qaynatasıgillə deyil, ayrı yaşayır: “Söz- söhbət hər evdə olur. Mənə maraqlıdır ki, o niyə gedib?! Qaynanası da mənə deyir ki, qızın ya hərbçiylə gedib, “postdadır”, ya da barda. Mən də qayıtdım ki, əlinlə aparıb qoymusan, hardan bilirsən?! Onlar mənim qızımı ləkələməyə çalışırlar. Mən də qayınanasına dedim ki,tutaq ki, qızım kiminləsə gedibsə, onda iki uşağını niyə aparıb?”
M.Civişov onu da bildirib ki, qızı tez-tez əri tərəfindən fiziki təzyiqlərə məruz qalırmış: “Əri onu döyməyinə döyüb, vurub, söyüb. Onu hamı eləyər də... Hər evdə söz-söhbət var. Mənə onun getməyinin əsl səbəbi maraqlıdır. Bilmək istəyirəm ki, o evdən hansı səbəbə çıxıb gedib. Son vaxtlar əri ilə onların ailəsində nə baş verib, mən bilmirəm. Axırıncı dəfə qızımı keçən ay görmüşəm. Mən Çaylı kəndində yaşayıram, qızımı isə Ağköynəyə ərə vermişəm. Mən balamın tezliklə tapılmasını istəyirəm”.
M.Civişov həyat yoldaşının, Nərgizin anasının rəhmətə getdiyini də bildirib: “Mənim birinci həyat yoldaşım, Nərgizin anası rəhmətə gedib. İndi ikinci həyat yoldaşımla yaşayıram. Qızım hər dəfə bizə gələndə tapşırırdım ki, yola get. Amma qızım yoldaşıma deyib ki, “boşanacam, çıxıb gedəcəm”. Mən də maraqlandım, dedim, bu nə söz-söhbətdir? Dedi, mənimlə yola getmir. Mən də dedim ki, özün istəyib ərə getmisən, səni o adama zorla vermımişəm ki... İndi də get, ailənlə dolan, yollaş. Hansı valideyn olsa, mənim dediyimi deyərdi. Balamın ailəsinin dağılmağını istəmirdim”.
Qeyd edək ki, N. Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Afaq Mirayiq