Avtomobil qəzasi iki kəndi qazsız qoydu- FOTO-VİDEO
    • 27-08-2019, 10:48
    • 610

Avtomobil qəzasi iki kəndi qazsız qoydu- FOTO-VİDEO

Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli ve Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.

«Azəriqaz» İB-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qəza  nəticəsində hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.