Şamaxıda qəza - 100 EV QAZSIZ QALDI
    • 28-11-2019, 11:11
    • 573

Şamaxıda qəza - 100 EV QAZSIZ QALDI

Gecə saatlarında Şamaxı rayonunun Sabir qəsəbəsində baş verən avtomobil qəzası zamanı qaz tənzimləyicisi vurularaq yararsız hala salınıb.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, nəticədə 100-dək abonentin təbii qaz təchizatında fasilə yaranıb.