Sulutəpədə avtomobil qəzası 2 min abonenti qazsız qoydu
    • 12-09-2019, 11:00
    • 671

Sulutəpədə avtomobil qəzası 2 min abonenti qazsız qoydu

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. 

Azəriqaz İB-dən -dən News24.az-a verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.

Afaq Mirayiq