"Boya sexini əvvəlki vəziyyətinə qaytarmaq olar" - FHN-in bölmə rəisi - YENİLƏNDİ-3 - FOTO- VİDEO
    • 27-08-2019, 15:55
    • 899

"Boya sexini əvvəlki vəziyyətinə qaytarmaq olar" - FHN-in bölmə rəisi - YENİLƏNDİ-3 - FOTO- VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1200 m² olan birmərtəbəli boya emalı sexinin yanar konstruksiyaları 200 m² sahədə və 4 ədəd dəzgah yanıb. 

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

***
13:43
Bakı şəhəri Nərimanov ərazisindəki boya sexindəki yanğın söndürülüb.

News24.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin Nərimanov tayonu üzrə bölmə rəisi İsmayl İsnayılov ümumi sahəsi 1000 kv.m. olan boya sexinin 200 kv.m-ninı yandığını bildirib: "200 kvadratmetr ərazi yanıb. Xəsarət alan yoxdur. Təmirlə binanı əvvəlki vəziyyətinə qaytarımaq olar".

***
12.50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda boya sexində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitəsi ilə söndürülüb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


***
12:01
Bakıda güclü yanğın başlayıb.

News24.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda sexdə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

FOTO-VİDEO: Fərid Şabanov