Bakıda təkər emalı sexində yanğın olub
    • 13-10-2019, 10:03
    • 859

Bakıda təkər emalı sexində yanğın olub

Bakıda təkər emalı sexində yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 540 m² olan təkər emalı sexinin penoplastdan ibarət tavanı, içərisində əşyalar və 100 m² sahədə üyüdülmüş rezin, yaxınlıqda, ümumi sahəsi 540 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisində rezin döşəmələr, qəliblər yanıb.


Sexin və anbarın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.