-
- 27-08-2019, 12:50
- 843
AQTA qida təhlükəsizliyi ilə bağlı metro və avtobuslarda ÇAĞIRIŞ ETDİ
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir.
Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi ilə Agentlik tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir. AQTA-dan News24.az-a verilən məlumata görə, vətəndaşların diqqətini qida təhlükəsizliyi mövzusunun vacibliyinə çəkmək, prosesdə onların rolunu əhəmiyyətli dərəcədə artırmaq, istehlakçıların ictimai nəzarətdə aktiv iştirakını təmin etmək üçün Agentlik əhalinin gediş-gəlişinin sıx olduğu ərazilərdə, küçələrdə, ictimai nəqliyyat vasitələrində məlumat lövhələri yerləşdirib.
Belə ki, Bakı Metropoliteni stansiyalarında quraşdırılan monitorlarda və paytaxt ərazisində hərəkət edən “BakuBus” avtobusları üzərində vətəndaşları prosesdə aktiv iştiraka səsləyən maarifləndirici şüarlar və məlumatlar yerləşdirilib.
“İstehlak etdiyin qida məhsullarına diqqət et! Unutma ən yaxşı qida nəzarətçisi elə sən özünsən!”, “Sağlam gələcəyə gedən yol həm də qida təhlükəsizliyindən keçir. İstehlakçı olaraq hüquqlarını öyrən və öz mövqeyini ortaya qoy!”, “Ailənin və sevdiklərinin sağlam gələcəyi üçün sən də bizə qoşul. Təhlükəsiz gələcəyə gedən yolda birgə addımlayaq!” və s. kimi müxtəlif şüarların əks olunduğu məlumatlar vətəndaşları ictimai nəzarətdə aktiv iştiraka çağırır.
Qeyd edək ki, Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq müxtəlif maarifləndirici layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların yeni qida təhlükəsizliyi sistemi ilə bağlı məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.