“Biz Görüşəcəyik 2” – - Hacı Şahinin xatirəsinə həsr olunan film çəkildi

“Biz Görüşəcəyik 2” – - Hacı Şahinin xatirəsinə həsr olunan film çəkildi Maraqlı

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş “Biz Görüşəcəyik 2” sənədli film hazırlanıb. 

News24.az xəbər verir ki, ekran işində mərhumun həyat və fəaliyyətinə dair xatirələr, onun dini və ictimai fəaliyyətləri əks olunub.

Filmdə tanınmış ziyalılar, ictimai xadimlər və Hacı Şahinin yaxınları iştirak edib. Artıq filmin rəsmi anonsu yayımlanıb və yaxın günlərdə tam versiyasının təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, layihənin rəhbəri və müəllifi İradə Nurəddinqızıdır.