Kralın "rəsmi məşuqə"si ortalığı bir-birinə qatdı - FOTOLAR
    • 27-08-2019, 16:16
    • 1 388

Kralın "rəsmi məşuqə"si ortalığı bir-birinə qatdı - FOTOLAR

Kralın məşuqəsi ortalığı bir-birinə qatıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Tailand kral Maha Vajiralongkornun 34 yaşlı məşuqəsi general Sineenat Wongvajirapakın fotoları kral ailəsinin rəsmi internet saytında paylaşıldıqdan sonra, paylaşım rekordu qırıb. Baş verən hadisədən sonra isə sayt çöküb. 

Keçmiş tibb bacısı olan və Tailand kralının qoruçası vəzifəsini yerinə yetirən Sineenat Wongvajirapak, Maha Vajiralongkornun 41 yaşlı digər qoruması ilə evlənməsindən sonra "rəsmi məşuqə" statusunu alıb.

Qeyd edək ki, Sineenat Wongvajirapak 100 ildən sonra "rəsmi məşuqə" adını alan ilk şəxs olub.