Millimiz yenə məğlub oldu Bu dəfə 4:2
    • 27-08-2019, 20:28
    • 1 110

Millimiz yenə məğlub oldu Bu dəfə 4:2

Viktor Bannikov beynəlxalq turnirində çıxışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirib.
News24.az xəbər verir ki, Vüqar Məmmədin komandası Ukrayna yığması ilə qarşılaşıb. Altı qolun vurulduğu görüş millimizin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda İsrailə 0:6 hesabıyla uduzub.