Bakıda Türkmənistan vətəndaşını bıçaqladılar
    • 28-08-2019, 01:08
    • 809

Bakıda Türkmənistan vətəndaşını bıçaqladılar

Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, rayon ərazisində 27 yaşlı Türkmənistan vətəndaşı Annaurazov Silabgəldi Almuraz oğlu tanımadığı şəxslə mübahisə edib.
Nəticədə o, bıçaq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.