-
- 28-08-2019, 18:07
- 1 610
"Doğum evlərindən süni qida bazarı yığışdırılsın ki, ana südü qıtlığı olmasın" - pediatrdan SƏRT AÇIQLAMA
Son günlər ölkə xəstəxanalarında süni qidaların verilməsi məsələsi gündəmə gəlib və əhali arasında bununla bağlı əks fikirlər səslənməkdədir.İki gün öncə pediatr Aytən İsmayılzadə doğum evlərində baş verən neqativ hallarla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Həkim doğum evlərini körpələrə süni qida verilməsinə görə boykot edib və bununla bağlı səstoplama aksiyasına başlaylıb.
“Heç bir tibb işçisi mənə demədi ki, öz südümü verə bilərəm”
Bu məsələ əhali arasında, xüsusilə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Nazilə İskəndərova adlı ana xəstəxanaları tənqid edərək bildirib ki, övladlarına ilk gündən süni qida verilib: “Mən qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmişəm. 3 gün reanimasiyada olanda uşağa süd verməmişəm. Yəni heç bir tibb işçisi mənə demədi ki, öz südümü verə bilərəm. Elə bilirdim ki, elə belə də olmalıdır. Bu müddətdə uşağa süni qida verilib”.
İki övladı olan Sevgi Əzizova isə bildirir ki, o məcbur qalıb süni qida verib: “Südüm olmadı deyə, süni qida verdim. Nə edərdim? Uşaq çığıra-çığıra qalmışdı”.
Sosial şəbəkədə aktiv olan Türkan Qasımzadə isə bildirib ki, ilk gündən ana südü versə də, sonradan problemlər yaranıb: “Mən təbii doğuşla azad oldum, süd verirdim, amma 3 aydan sonra südüm azaldı, məcbur oldum süni qida verəm, çünki uşaq doymurdu, dayanmadan ağlayırdı”.
“Xəstəxanalarda süni qida verib uşaqları yatırırlar”
Pediatr Aytən İsmayılzadə bildirib ki, uşaq dünyaya gələn ilk birinci gün ana südünün verilməsi çox vacibdir: “Bir ananın südü yoxdursa, digər ananın südünü vermək olar. Kimsə “mənim uşağıma başqasının südü verilməsin” deyirsə, səhv düşünür. Məsələ bunların şıltaqlığı ilə həll olunmamalıdır. Çünki sonra uşaqlar əziyyət çəkir. İlk gündən mədə-bağırsağa süni qidanın düşməsinin fəsadları sonra özünü göstərir. Bunu isə xəstəxanada həmin təyinatı verən həkimlər görmürlər. Bunu biz pediatrlar görürük. Heç ananın özü də vəziyyətin ciddiyyətini anlaya bilməz. Bəzən də deyirlər ki. “filankəs də ana südü verib, amma uşağı xəstəlikdən əziyyət çəkir”.
Mən təklifimi vermişəm ki, donor südü verilsin. Ola bilməz ki, doğum edən ananın südü olmasın. Bu, nadir hallarda ola bilər. Bizim paylaşımlarımızdan sonra haray salan anaların 90 faizi deyir ki südümüz yoxdur. Sadəcə, bununla məşğul olmaq lazımdır. Bu gün bir pasiyentim oldu, o, həm də imza atıb bizim aksiyada iştirak etdi. Xanım bildirdi ki, ilk gündən uşağına ana südü verib. Sevindim ki, dedim, görən, bu, bizdə harda olub. Məlum oldu ki, uşaq İngiltərədə dünyaya gəlib. Bizdə də əgər həkimlərin sualları varsa, xarici təcrübədən yararlansınlar, mütəxəssislər dəvət olunsun, monitorinqlər təşkil olunsun.
Kökündə duran məsələ insanların etirazı deyil, süni yeməklərin bazarıdır. O bazar yığışdırılmalıdır. Əgər yığışdırılsa, çarəsi də tapılacaq. Xəstəxanalarda uşağın qışqırığına qulaq asmaq istəmirlər. Əvvəllər doğum evinə uşaq səsindən girmək olmurdu, indi sakitlikdir, hamısına süni qida verib yatızdırırlar”.
A.İsmayılzadənin sözlərinə görə, doğum evlərində ehtiyat süd bankı yaratmaq olar: “Hər doğum edən qadın özündən sonra gələn uşağa bir stəkan süd sağıb qoysa, yeni doğulan uşaq ac qalmaz. İkinci məsələ isə əgər ananın sonradan südü azalırsa, artıq pediatrın nəzarəti ilə davam etdirməlidir. Uşaq böyüdükcə, çəkisi artırsa, normal sidiyə çıxırsa, deməli doyur. Əgər ağlayırsa, bu, doymamaq əlaməti deyil. Ay yarımdan sonra anada reqresiya olur, bədən özünü qorumaq üçün südünü azaldır, çünki insan da biloji varlıq olaraq öz növünü saxlamalıdır. Bu zaman süd artıran vasitələrdən istifadə edirik. Çaylar, gündə bir neçə dəfə süd içmək və s. yollara əl atırıq.
Eyni zamanda, uşaq ac olmalıdır ki, süd çoxalsın, yəni onu əmsin. Əgər uşaq tox olarsa, əmməyə tənbəllik edəcək, süd də azalacaq.
Südün bol olmasının çoxluğu prolaktin hormonundan və uşağı qidalandırma rejimindən asılıdır. Buğda cücərtisi, raziyana, şüyüt bol-bol istifadə edilməlidir. Südü azaldan qidalar da nanə, reyhan, adaçayı bitkisi və s.dir. Əgər hormon yüksəkdirsə, bunlar az təsir edən vasitələrdir. Amma müəyyən qədər təsir edirlər. Bitkilərdən mütəmadi istifadə etdikdə südün artımında irəliləyiş olur”.
A.İsmayılzadə onu da əlavə edib ki, hormonların normal olması da, bəzən genetik olur: “Qadının öz anası da süd veribsə, deməli onun özünün də südü normal olacaq.
Bu məsələni qaldırdığıma görə, məni qınayırlar, deyirlər ki, reytinq qazanıram. Mənim heç bir reytinə ehtiyacım yoxdur, çünki həmişə efirlərdə olmuşam. Veriliş aparmışam, layihələrim var. Mənim öz kursumda maarifləndirdiyim ana stress içində gəlib ki, doğuşdan sonra uşağıma xəstəxanada süd verilməyib. Ona görə də bu məsələdə maarifləndirmədən başqa işlər də görülməlidir”.
“Donor südünü verməyə ixtiyarımız yoxdur”
Şamama Ələskərova adına Kliniki Doğum Evinin (5 saylı) həkim neonatoloqu Nazilə Xudaquliyeva News24.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi: “Bizim doğum evində analara yaxınlaşa bilərsiz, körpələrin hamısı ana südü ilə bəslənir. İstisna hallarda, ananın südü olmayanda süni qida verilə bilər. Bunu da anaların seçimi ilə edirik. Bizdə uşaqları ana südü ilə qidalandırmanın təbliğatı aparılır. Klinikamız ötən il “Körpə dostu” adını alıb. Bizdə doğulandandan sonra uşaq 2 saat ananın yanında qalır. Qeysəriyyə əməliyyatı zamanı da uşağı ananın sinəsinə qoyuruq. Uşaq hər dəfə ağladıqda ananın yanına aparırlar, gecə-gündüz yanında qalır. Bizdə belə şey yoxdur. Bütün uşaqlara ana südü verilir. Hər kəs yaxınlaşıb görə bilər. Biz bu yaxınlarda ana südü ilə qidalanma ilə əlaqədar treninqlərdə olmuşuq.
Ola bilər ki, ana əməliyyat olunub, qanaxma, yaxud başqa bir patoloji hal baş veribsə, süd verilməyə bilər. Donor südünü isə verməyə ixtiyarımız yoxdur. Başqa ananın südündə infeksiya ola bilər. Ona görə analar icazə vermirlər. Süd yoxlanılıb, pasterizə olunandan sonra körpəyə verilə bilər”.
Afaq Mirayiq