Hava limanında dəhşətli ölüm: Təyyarənin mühərrikinə çəkilərək həyatını itirdi

Hava limanında dəhşətli ölüm: Təyyarənin mühərrikinə çəkilərək həyatını itirdi Hadisə

İtaliyanın Milanoya yaxın yerləşən Berqamo Hava Limanında 35 yaşlarında bir kişi, uçuşa hazırlaşan təyyarənin mühərrikinə çəkilərək faciəvi şəkildə ölüb. Hadisə zamanı təyyarə parklanmadan çıxaraq manevr edirdi.

News24.az Sherg.az-a istinadən xəbər verir ki, ölən şəxsin sərnişin, hava limanı işçisi və ya kənar biri olub-olmadığı hələ də məlum deyil. Hadisədən sonra hava limanı müvəqqəti bağlanıb, uçuşlar iki saata yaxın dayandırılıb. İtaliya polisi hadisə ilə bağlı araşdırma başladıb.