-
- 29-08-2019, 11:01
- 1 680
Seymur Həzi azadlığa BURAXILDI - FOTOLAR - VİDEO
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzi azad edilib.
News24.az-ın xəbərinə görə, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.