Saça bu cür qulluq etmək - LAZIMDIR
Sağlamlıq
İngilis saç mütəxəssisi Claire Fullam, saç yuma tezliyinin saç quruluşuna görə dəyişdiyini bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, saç dərisi də dəri kimi mütəmadi təmizlənməlidir. “Az yumaq yaxşıdır” fikri isə yanlışdır. Çünki yağlar saç uclarına çatmadan dəridə toplanaraq bakteri və qaşınma yarada bilər.
İdeal saç yuma tezliyi:
İncə telli saçlar üçün: 2 gündə bir
Qıvrım və qalın telli saçlar üçün: Həftədə 2 dəfə
İsti havalarda və idman edənlər üçün: Həftədə 3 dəfə
Fullam həmçinin həftədə bir dəfə saç dərisi üçün piling və şampun+krem istifadəsini tövsiyə edir. Saç dərisi də üz dərisi kimi xüsusi qulluq tələb edir.
Xeyrənsə Piriyeva