-
- 29-08-2019, 13:09
- 760
Toydan xəstəxanaya aparan köhnəlmiş yeməklər - VİDEO - FOTO
Şadlıq evlərində süfrəyə verilən ən ləziz təamlar arasında zəhərlənməyə gətirib çıxaran qidalar çoxdur. Onlar görünüşünə görə, göz oxşasa da, sonradan ən ağır nəticələrə belə səbəb olur.
News24.az ARB TV-yə istinadən xəbər verir ki, şadlıq evlərindəki menyularla tanışlığımız zamanı qəlyənaltılardan tutmuş isti yeməklərə qədər hər birinin saxlanma şəraiti ilə maraqlandıq.
Orxan İsmayılzadə - Şadlıq Sarayı Əməkdaşı: "Hal-hazırda bizdə restoranda standart menyudur. Salatlardır, şorabalardır, sulardır bunları soyuducuda saxlayırıq. Balıq yeməkləridir, bunları qonaqlar soruşurlar haqlı olaraq ki, təzədir mi. Balığı biz soyuducuda saxlayaırıq toy günü bişirib servis edirik".
Ekspert Eyyub Hüseynov deyir ki, qidalar zəhərlənmə kateqoriyalarına görə müəyyən risk qruplarına bölünürlər. Buraya balıq yeməkləri, konservləşdirilmiş qidalar da daxildir.
Eyyub Hüseynov - Ekspert: "Bəzi qidalar var ki, onların saxlanma müddəti bir neçə saatdır. Məsələn, şadlıq evlərindəki salatların saxlanma müddəti 3-4 saatdır amma biz onların günlərlə saxlandığını görürük. Belə qidalar artıq riskli qidalar hesab olunur. Ona görə də istehlakçıların hüquqların müdafiəsi haqqında qanunda onun bir neçə hüququ var. O cümlədən qidanın istehlak tarixi, vaxtı haqqında məlumat almaq hüququ var".
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, artıq İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı qurumun mütəxəssislərindən ibarət işçi qrupu hadisə yerinə ezam olunub. Səbəblər müəyyənləşəndən sonra yaxın vaxtlarda məlumat veriləcək. Qurum bu hallarla qarşılaşmamaq üçün vətəndaşları diqqətli olmağa çağırır.
Xatırladaq ki, təkcə son 1 ayda Qəbələ, Ağdaş, Şəki və İsmayıllıda toy mərasimindən sonra 100-dən çox insan zəhərlənərək xəstəxanalara müraciət edib.