Trampın tarifləri - DAVAM EDİR
Dünya
ABŞ Prezidenti Tramp Yaponiyaya 25%-lik yeni tarif tətbiq edəcəyini açıqlayıb. Yaponiya bu qərarı “təəssüf doğurucu” adlandırıb və uzun danışıqlara baxmayaraq nəticə əldə edə bilməyib.
News24.az BBC-yə istinadən xəbər verir.
Asiyadan 14 ölkə daxil olmaqla 23 ölkəyə tarif məktubu göndərilib. Tramp Kanadaya da 35% tarif qoyub və əksər ticarət tərəfdaşlarına tarifləri 20%-ə qədər artıracağını bildirib.
Ölkələrin 1 avqusta qədər ABŞ-la razılaşma şansı var, lakin Yaponiya nümunəsi onların işini çətinləşdirir.
Xeyrənsə Piriyeva