Amerikalılar son yarım ildə 2200-dən çox UNO "görüblər"
Dünya
Amerikalılar 2025-ci ilin ilk yarısında 2200-dən çox uçan naməlum obyekt (UNO) gördüklərini iddia ediblər.
Teleqraf xəbər verir ki, bu barədə UNO-lar haqqında Milli Məlumat Mərkəzinin (NUFORC) məlumatlarından məlum olur.
Məlumata görə, rekord göstərici yanvarında qeydə alınıb (560-dan çox müraciət). İyul ayının ilk həftəsində isə yadplanetli görülməsi ilə bağlı 87 məlumat daxil olub. Son 6 ay ərzindəki göstəricilər 2023-2024-cü illərin analoji dövrünün məlumatlarını üstələyib.