Yayda saçlarınızı qoruyun: - TÖKÜLMƏYƏ SON!

Yayda saçlarınızı qoruyun: - TÖKÜLMƏYƏ SON! Sağlamlıq

Dr. Gökay Bilgin bildirir ki, saç əkimi yayda da mümkündür, amma ilk 2 həftə günəşdən, dəniz və hovuzdan uzaq durmaq vacibdir. Saç köklərinin tutunması üçün bu dövr çox önəmlidir.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Yayda saç sağlamlığını qorumağın 5 yolu:

1. UV filtrli şampun və sprey istifadə edin.

2. Dəniz və hovuzdan sonra saçınızı təmiz su ilə yuyun.

3. Nəm saçla günəşə çıxmayın, lazım olsa şapka taxın.

4. Həftədə 1-2 dəfə saç maskası və ya aloe vera jel çəkin.

5. Biotin, sink və proteinlə zəngin qidalar yeyin.

Günəş, duz və xlor saçlara ziyan verir. Saç tökülməsinə qarşı PRP və mezoterapiya kimi tibbi üsullarla da gücləndirmə mümkündür.

Xeyrənsə Piriyeva