Siz onları heç belə görmədiniz: Gülzar Qurbanova və Pərviz Məmmədrzayevdən  möhtəşəm rəqs  - FOTO - VİDEO
    • 29-08-2019, 18:29
    • 3 367

Siz onları heç belə görmədiniz: Gülzar Qurbanova və Pərviz Məmmədrzayevdən möhtəşəm rəqs - FOTO - VİDEO

Dünən mərhum jurnalist Mailə Muradxanlının nəvəsi, tanınmış jurnalist Lalə Əliyeva və rejissor Əbdülqəni Əliyevin oğlu Cavidanın toyu baş tutub.

News24.az-xəbərinə görə, toyda bir çox mədəniyyət nümayəndələri, tanınmış şəxslər, ziyalılar iştirak edib.
Qonaqlar arasında Xalq artisti Alim Qasımov,Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elza Seyidcahan, Fərqanə Qasımova, Gülzar Qurbanova və aparıcılar Hacı Nuran Hüseynov, Rövşanə Ağasifqızı, aktyor Kamal Yaşar və başqaları olub.

Toy məclisində çıxış edən muğam ustası Alim Qasımov ailə quran gənclərə ürək sözlərini çatdırdıqdan sonra “Azan” oxuyub. Daha sonra Pərviz Məmmədrzayev və Gülzar Qurbanova möhtəşəm rəqsi ilə səbəbkarları təbrik edib.