Bakıda kafenin qapısını sındırıb oğurluq ETDİLƏR
    • 29-08-2019, 18:48
    • 738

Bakıda kafenin qapısını sındırıb oğurluq ETDİLƏR

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bundan başqa Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 585 manat pul oğurlamaqda sübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.