Bakıda terminaldan 1590 manat pul oğurlayan şəxs TUTULDU
    • 23-12-2019, 18:45
    • 539

Bakıda terminaldan 1590 manat pul oğurlayan şəxs TUTULDU

Xətai rayonu ərazisindəki ödəmə terminallarının birindən pul oğurlamaqda şübhəli bilinən N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xətai RPİ 36-PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.