Toyda əl qaldırıb oynadığı yerdə ürəyi tutub öldü
    • 29-08-2019, 23:06
    • 1 213

Toyda əl qaldırıb oynadığı yerdə ürəyi tutub öldü

Bərdədə bir nəfər toy mərasimində ölüb.

News24.az xəbər verir ki, rayonun Kətəlparaq kəndində yerləşən "Ağ saray" şadlıq evində baş verən hadisədə orta yaşlı kişi ürək tutmasından vəfat edib.

Rayon sakini Ayaz Hüseynov toyda iştirak edən zaman qəfildən halı pisləşib.

Onu təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.