Prezident İlham Əliyev Türkmənistan dövlət başçısını TƏBRİK ETDİ
    • 26-09-2019, 18:47
    • 1 127

Prezident İlham Əliyev Türkmənistan dövlət başçısını TƏBRİK ETDİ

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova Müstəqillik Günü ilə bağlı məktub ünvanlayıb.

News24.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələnir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".