Tramp köməkçisini qovdu- qızları haqqında artıq-əskik danışdığına görə
    • 31-08-2019, 15:53
    • 631

Tramp köməkçisini qovdu- qızları haqqında artıq-əskik danışdığına görə

Amerika prezidenti Donalt Trampın şəxsi köməkçisi Madlen Vesterxaut bir neçə həftə əvvəl işdən çıxma haqqında ərizə yazmağa məcbur olub.

News24.az Rusiya mediasına istinad olaraq bildirir ki, buna səbəb jurnalistlərlə axşam yeməyi zamanı 28 yaşlı M.Vesterxautun Trampın qızları ilə bağlı dediyi açıqlamalar olub. Belə ki, Vesterxaut öyünərək deyib ki, Trmapın onunla daha isti münasibətləri var, nəinki qızları İvanka və Tiffani ilə. 

Eyni zamanda onu da əlavə edib ki, prezident qızı Tiffani ilə şəkil çəkdirməyi sevmir, çünki o çox kökdür. Onun sözlərinə görə Tramp bəzən qızını toplum insanların içində ayırd edə bilmədiyini də deyib.   

Afaq Mirayiq